Dünya cempionatı

Mbappeni təhqir edən senatordan Fransanın məğlubiyyətinə reaksiya – VİDEO  

Qalmaqallı paraqvaylı senator Seleste Amarilya Fransanın Dünya Kubokundakı məğlubiyyətini görməzdən gələ bilmədi.

Aut.az xəbər verir ki, bir neçə irqçi qalmaqala səbəb olan və Kilian Mbappeni deportasiya ilə hədələyən senator Fransanın İspaniyaya məğlubiyyətinə (0:2) reaksiya verib.

Amma o, paylaşdığı videoda heç bir söz deməyib, sadəcə jestlərlə hər şeyi izah edib.

Bir saat ərzində video 15 min bəyənmə və təxminən 4,5 min şərh alıb.

Aut.az