Ulduz futbolçu kralın qarşısına “vyetnamka” ilə çıxdı – FOTO
Norveç DÇ-2026-da tarixi bir performans göstərdikdən sonra vətənə qayıdıb.
Aut.az xəbər verir ki, bunun şərəfinə futbolçular Oslodakı Kral Sarayında keçirilən qala qəbula dəvət olunublar. Amma “Borussiya Dortmund”un sağ cinah müdafiəçisi Yulian Ruerson rəsmi geyim qaydalarını nəzərdən qaçırıb. Komanda yoldaşlarının əksəriyyəti idman ayaqqabılarında və ya xüsusi ayaqqabılarda gəlsə də, oyunçu kralın qarşısına “vyetnamka” ilə çıxıb.
Məhz bu obrazda Ruerson Norveç kralı V Harald, vəliəhd şahzadə Hakon, şahzadə İnqrid Aleksandra və şahzadə Sverre Maqnusla əl sıxıb.
Lakin bu seçimin səbəbi başa düşüləndir. İngiltərəyə qarşı dramatik 1/4 final oyununda müdafiəçi zədə aldı və meydanı erkən tərk etmək məcburiyyətində qaldı.
Futbolçunun rəsmi mərasim üçün ən rahat ayaqqabıları seçməsinin səbəbi, çox güman ki, zədə olub. Heç bir qalmaqal yaşanmayıb. Əksinə, şəkillər dərhal sosial mediada yayılıb və istifadəçilər futbolçunun qeyri-ənənəvi tərzinə yumorla reaksiya veriblər.
Aut.az

