Qaydasız döyüş

Əfsanədən Makreqora tövsiyə: Get

Əfsanəvi amerikalı boksçu Roy Cons-kiçik, Las-Veqasda (ABŞ) keçirilən UFC 329 turnirində irlandiyalı döyüşçü Konor Makqreqorun məğlubiyyətinə reaksiya verib.

12 iyulda Makqreqor amerikalı Maks Holloueyə uduzub, birinci raundun ikinci dəqiqəsində zədələnib və döyüşdən çəkilib.

Aut.az xəbər verir ki, Cons TASS-a verdiyi müsahibədə bildirib:

“Bu, məyusedici idi. Çox adam bu döyüşü səbirsizliklə gözləyirdi, amma döyüş belə başa çatdı. Konora can sağlığı arzulayıram, amma o, təqaüdə çıxmaq barədə düşünməlidir”.

Qeyd etmək lazımdır ki, Konor Makqreqor 2021-ci ildən bəri ilk dəfə oktaqona çıxıb. O, amerikalı Dastin Poyerə qarşı döyüşdə də ağır zədə almışdı.

Aut.az