“Barselona”nın ulduzu PSJ ilə hər şeyi razılaşdırdı
“Barselona”nın hücumçusu Ferran Torres tezliklə PSJ-yə keçə bilər.
Aut.az xəbər verir ki, insayder Nikolo Şiranın sözlərinə görə, Torres PSJ ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Fransa çempionu tezliklə “Barselona”ya rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd olunur ki, Torresə İngiltərə klublarından iki təklif gəlib, lakin o, PSJ-yə keçmək qərarına gəlib.
2025/26 mövsümündə Torres bütün yarışlarda 49 oyun keçirib, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Nüfuzlu “Transfermarkt” portalının mütəxəssisləri onu 50 milyon avro dəyərində qiymətləndirirlər.
Aut.az
