Argentinaya qarşı oynamadı, Messidən hədiyyə aldı – FOTO
Yoan Manzambi 2026-cı il Dünya Kubokunda İsveçrə millisinin əsas ulduzlarından biri kimi parladı.
Üç qol və iki məhsuldar ötürmə ilə “Nyukasl”ın yeni transferi DŞ-2026-da diqqəti cəlb etdi.
Lakin diz zədəsi 20 yaşlı yarımmüdafiəçinin Kolumbiya və Argentinaya qarşı oynamasına mane oldu.
Aut.az xəbər verir ki, buna baxmayaraq, İsveçrənin ən çox qol vuran oyunçusu DÇ-ni xüsusi hədiyyə ilə tərk edib.
Argentina ilə oyundan (1:3) sonra Manzambi Lionel Messidən forma hədiyyə alıb. Futbolçu Leonun hədiyyəsini sosial mediada nümayiş etdirib.
Aut.az


