İngiltərə

Ferdinanddan “Arsenal”a çağırış: Gözümü də qırpmadan onu alardım

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Markus Reşfordun “Arsenal”a keçməsi ideyasını dəstəkləyib.

Aut.az xəbər verir ki, Ferdinand “YouTube” kanalında bildirib:  “Mən Reşfordu götürərdim. Gözümü də qırpmadan 40 milyona Markus Reşfordu transfer edərdim”.

İngilis hücumçu “Barselona”da icarə əsasında oynadıqdan sonra bu yay “Mançester Yunayted”ə qayıdıb. Məlumata görə, “qırmızılar” oyunçunu “Mançester Siti” və “Liverpul”dan başqa istənilən kluba 40 milyon funt sterlinqə satmağa hazırdır.

Aut.az