Azərbaycan futbolu

Fərid Yusifli “Şəfa”da

“Şəfa” klubu daha bir futbolçunu heyətinə qatıb.

Aut.az xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Yusifli transfer edilib. 24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

U-21 milli komandamızın sabiq üzvü olan Fərid Yusifli karyerası ərzində “Turan Tovuz”la yanaşı, “Neftçi”nin də formasını geyinib.