Azərbaycan yığmasının üzvü “Riqa”da
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Milana Rəhimova özünə yeni komanda tapıb.
Aut.az xəbər verir ki, yarımmüdafiəçi Latviya təmsilçisi “Riqa”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Milana ilə anlaşmanın detalları açıqlanmayıb.
