Argentina yarımfinalda
Futbol üzrə dünya çempionatında Argentina İsveçrəyə qalib gəlib.
Aut.az xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.
Argentinalıların heyətində Aleksis Makallister (10), Xulian Alvares (112) və Lautaro Martines (120+1) fərqləniblər. İsveçrənin qolunu isə Dan Ndoye (67) vurub.
Argentina yarımfinalda İngiltərə ilə qarşılaşacaq.
Aut.az
