Dünya futboluDünya cempionatı

Kasparyan canlı yayımda biabır oldu: ABŞ eyni anda iki ölkə ilə oynayıb – VİDEO

Amerikalı teleaparıcı Ana Kasparyan ABŞ millisinin 2026-cı il dünya çempionatına gedən yolunu təsvir edərkən ciddi səhvə yol verib.

Aut.az xəbər verir ki, Kasparyan canlı yayımda bildirib:

“Baloqun Bosniya və Herseqovina ilə oyunda qırmızı vərəqə alıb. Bunlar, yəqin ki, iki kiçik ölkədir. Deyərdim ki, onlar ABŞ-dan mütləq kiçikdirlər. Beləliklə, ABŞ komandası eyni anda iki kiçik ölkə ilə oynayıb”.

Bosniya və Herseqovina, Yuqoslaviyanın parçalanması və sonrakı silahlı münaqişədən sonra 1995-ci ildə yaranmış bir dövlətdir0

.2026-cı il Dünya Kubokunda amerikalılar 1/8 finala yüksəliblər və Belçikaya uduzaraq (1:4) turniri tərk ediblər.

Aut.az