2 dəqiqə 11.83 saniyə – Dünya rekordu qırıldı
Keniyalı qaçışçı Emmanuel Vanyoni Monakoda keçirilən “ “Brilliant Liqa” mərhələsində dünya rekordu qırıb.
Aut.az xəbər verir ki, o, 1000 metr məsafəni 2 dəqiqə 11.83 saniyəyə qaçaraq 27 ildir yenilənməyən rekordu qırıb.
Əvvəlki dünya rekordçusu Vanyoninin həmyerlisi Noa Nqeniyə məxsus idi və 1999-cu ilin sentyabrında 2:11.96 nəticə qeydə alınmışdı.
Qeyd etmək lazımdır ki, 1000 metr məsafə nə Dünya Çempionatının, nə də Olimpiya Oyunlarının proqramlarına daxil deyil.
21 yaşlı Vanyoni 800 metr məsafəyə qaçışda Olimpiya çempionu və dünya çempionudur.
Aut.az
