Dünya futbolu

Vətəndaşlarımız onu qarşılayacaqlar – Fransız nazir həmin senator haqda

Fransanın idman naziri Marina Ferrari Paraqvaylı senator Seleste Amarilyanın 2026-cı il Dünya Kuboku zamanı Fransa millisinin hücumçusu Kilian Mbappeyə qarşı irqçi ifadələrini qınayıb.

Paraqvay hökuməti artıq üzr istəyib və Fransa tərəfi Paris prokurorluğuna müraciət edib.

Aut.az xəbər verir ki, “Franceinfo” Ferraridən sitat gətirib:

“Vətəndaşlarımız onu qarşılaya biləcəklər. Ölkəyə kimin daxil ola biləcəyinə, kimin girə bilməyəcəyinə qərar vermək mənim ixtiyarımda deyil. Əgər onun kimliyi müəyyən edilərsə, düşünmürəm ki, qəbul çox isti keçəcək. O, bu şənliyi pozmaqla kifayətlənməyib – bu senatorun dedikləri tamamilə iyrənc idi.

Buna görə də mən onları qınadım və Paris prokuroru artıq məsələni araşdırır. Paraqvay hökuməti üzr istədi və hökumət bunun ölkənin dəyərlərinə tamamilə zidd olduğunu bildirdi. Amma bu senator eyni şəkildə davam edir. Siyasətçisənsə, belə açıqlamalar verməyin mümkün deyil”.

Aut.az