Qələbə sevinci faciə ilə bitdi – Fransız azarkeş öldü
Fransanın şimalında, milli komandanın 2026-cı il Dünya Kubokunun 1/4 finalında Mərakeşlə oyunda qələbəsini qeyd edərkən faciəvi hadisə baş verib.
Aut.az xəbər verir ki, “La Voix du Nord” nəşrinin verdiyi məlumata görə, faciə nəticəsində bir fransız azarkeş ölüb. Mənbənin məlumatına görə, Onua-Emeri şəhərində 17 yaşlı bir qız ağır tonnajlı yük maşınının çərçivəsinə dırmaşmağa çalışıb. Lakin o, tarazlığını itirərək nəqliyyat vasitəsinin təkərlərinin altına düşüb. Həkimlər onun hadisə yerində aldığı xəsarətlərdən öldüyünü bildiriblər.
Xatırladaq ki, Fransa Dünya Kubokunun 1/4 finalında Mərakeşi 2-0 hesabı ilə məğlub edib.
Aut.az
