Fransanı məğlub etməyin yalnız bir yolu var – Roy Kin açıqladı
“Mançester Yunayted”in keçmiş kapitanı Roy Kin Mərakeşi məğlub edərək (2:0) yarımfinala yüksələn Fransa millisinin 2026-cı il dünya çempionatındakı çıxışını şərh edib.
Aut.az xəbər verir ki, onun sözləri “FourFoetTwo” tərəfindən sitat gətirilib.
İrlandiyalı hesab edir ki, rəqiblərinin Didye Deşamın yetirmələrini məğlub etmək şansı üçün yalnız yolu var. Əgər bu şərt yerinə yetirilməsə, o, Fransanın necə uduza biləcəyini təsəvvür etmir:
“Fransa əla formadadır. Onların hücumçuları qol vurur və yüksək fərdi keyfiyyətlərə malik oyunçuları mütəmadi olaraq rəqiblərini təkbətək mübarizədə məğlub edirlər. Fransanı məğlub etməyin yeganə şansı ilk qol vurmaqdır. Əks təqdirdə, onlar sizi asanlıqla aşıracaqlar”, – deyə Kin bildirib.
Aut.az
