Ruslar BOK-dan tələb edirlər: Bizdən üzr istəyin
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya idmançılarına qarşı sanksiyaları ləğv etməklə yanaşı, onlardan üzr istəməlidir.
Aut.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı və ikiqat Olimpiya çempionu Vyaçeslav Fetisov “Vesti” xəbər agentliyi üçün Vladimir Solovyova verdiyi şərhdə bildirib.
Fetisov bildirib ki, bir çox idmançı BOK ayrı-seçkiliyinə görə Olimpiya çempionu olmaq və tarix yazmaq şansını itirib. O, Rusiya idmançılarına qarşı məhdudiyyətlərin heç bir hüquqi və ya məntiqi əsası olmadığını iddia edib.
“Əlbəttə ki, bu, o vaxtlar ağlasığmaz bir qərar idi. Bəlkə də, idmançılarımızdan, ölkəmizdən, veteranlarımızdan üzr istəməklə başlamalı idilər”, – deyə deputat bildirib.
Fetisov xatırladıb ki, Olimpiya hərəkatı əvvəlcə idmançılara qarşı, xüsusən də əsassız meyarlara əsaslanan hər hansı bir ayrı-seçkiliyi aradan qaldırmaq məqsədi ilə yaradılıb.
7 iyulda Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinin üzvlüyünün dayandırılması qərarını rəsmi olaraq ləğv etdi. BOK rusiyalı idmançıların iştirakını məhdudlaşdırmaq üçün əvvəlki tövsiyələrini geri götürdü və onları etibarsız hesab etdi. Hazırda təşkilat Rusiya Federasiyasında beynəlxalq yarışların keçirilməsinə mane olmur və yekun qərar qəbul etmə səlahiyyətini müvafiq beynəlxalq federasiyalara həvalə edir.
Aut.az
