FİFA və UEFA-dan Rusiyaya bəd xəbər: Alınmayacaq
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisinin klublarının beynəlxalq turnirlərdə iştirakına icazə verməyi planlaşdırmır.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, əsas səbəb bir çox ölkənin nümayəndələrinin Rusiya komandalarının iştirak etdiyi matçları boykot etməsidir.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) əvvəllər 12 oktyabr 2023-cü ildən qüvvədə olan Rusiya Olimpiya Komitəsinin (ROC) üzvlüyünün dayandırılması ilə bağlı qadağanı müvəqqəti olaraq ləğv edib.
Bu, FİFA və UEFA tərəfindən də qadağının mümkün ləğvi ilə bağlı söz-söhbətə səbəb olub.
Aut.az
