Atam hər şeyi məhv etdi – Pore içki problemləri haqqında
Üçqat UFC tituluna iddialı Dastin Pore hava limanında polis məmuru ilə qarşıdurmaya görə həbs olunmasına səbəb olan spirtli içki problemlərindən danışıb.
Aut.az xəbər verir ki, Pore “YouTube” kanalı “The Diary of a CEO”-da bildirib:
“Atam evliliklərini, münasibətlərini, dostluqlarını, ailəsi ilə, uşaqları ilə münasibətlərini məhv etdi – hər şeyi məhv etdi. Onunla heç danışmayan iki uşağı var. Alkoqolla bağlı işlərə görə dəfələrlə həbsxanada olub. İndi evsizdir… Ona kömək etməyə çalışıram, amma yenidən küçələrdədir. Deyəsən, kömək istəmir.
Atalar Günündə işə maşınla gedirdim və atam haqqında düşünməkdən özümü saxlaya bilmirdim. Hava limanında içki içməyə başladım və bu, hadisəyə səbəb oldu. Özümü belə hiss edəndə terapiyaya gedirəm. Bu, bir neçə ildir ki belədir. Alkoqol heç vaxt mənim üçün yaxşı olmayıb, xüsusən də ən yaxşı ruhi vəziyyətdə olmadığım zamanlarda”.
Aut.az
