Dünya futboluDünya cempionatı

Kabo-Verdenin ulduzunu Dublində belə qarşıladılar – VİDEO

Kabo-Verde milli komandasının 2026-cı il Dünya Kubokundakı nağılı bitdi, amma oyunçuları üçün əsl bayram yeni başlayıb.

Aut.az xəbər verir ki, turnirdən sonra evə qayıdan futbolçular əsl qəhrəmanlar kimi qarşılanırlar.

Dublin hava limanında Piko Lopesi də əllərində bayraqlar olan onlarla azarkeş alqışla qarşıladılar. Onlar onun adını səsləndiriblər, şəkil çəkdiriblər və Kabo-Verde millisinin Dünya Kubokundakı tarixi çıxışına görə təşəkkür etdilər.

Amma ən təsirli an azarkeşlərlə ünsiyyət qurmazdan əvvəl baş verib.  Lopes əvvəlcə həyat yoldaşına yaxınlaşıb, onu nəvazişlə qucaqlayıb, sonra isə azyaşlı uşağını qucağına alıb.

Bu hekayənin xüsusi bir anlamı var. İrlandiyada anadan olan Lopes, demək olar ki, heç vaxt Kabo-Verde millisin düşməyib. O, milli komandaya qoşulmaq üçün dəvəti “LinkedIn” vasitəsilə alıb. Əvvəlcə futbolçu mesajı spamla səhv salıb açmayıb. Yalnız sonradan mətni ingilis dilinə tərcümə etmək qərarına gəlib və həqiqətən də futbol federasiyası tərəfindən onunla əlaqə saxlanıldığını anlayıb.

Aut.az