Dünya futboluDünya cempionatı

1/4 finaldan əvvəl DÇ-2026-nın əsas favoritləri

“Opta” superkompüteri 1/4 final oyunlarından əvvəl 2026-cı il Dünya Kubokunun favoritlərini açıqlayıb.

Aut.az xəbər verir ki, Fransa 27,32%-lə qələbəyə əsas iddiaçıdır. İspaniya ikinci (21,33%), Argentina üçüncü (17,28%), İngiltərə dördüncüdür (16,48%).

Sonrakı yerləri Norveç (6.57%), İsveçrə (3.78%), Mərakeş (3.66%) və Belçika (3.58%) tutur.

DÇ-2026-nın 1/4 final oyunlarının cədvəli :

Fransa – Mərakeş (9 iyul, Bakı vaxtı ilə saat 00:00)

İspaniya – Belçika (10 iyul, Bakı vaxtı ilə saat 23:00)

Norveç – İngiltərə (12 iyul, Bakı vaxtı ilə 01:00)

Argentina – İsveçrə (12 iyul, Bakı vaxtı ilə səhər 05:00).

Aut.az