Uşaqlara qarşı irqçilik: Məşhur futbolçu klubundan yarıldı
“Nyukasl Yunayted” və Fransa millisinin keçmiş hücumçusu Allan Sent-Maksimin Meksikanın “Amerika” klubundan ayrılıb.
Aut.az xəbər verir ki, mediada yayılan məlumata görə, bu qərara futbolçunun uşaqlarının yerli məktəbdə ünvanına irqçi ifadələr işlənməsi səbəb olub.
“Mən yetkinləşmişəm, gizli və ya açıq hücumlara qarşı mübarizə aparmağı öyrənmişəm. Amma heç vaxt dözməyəcəyim bir şey var: uşaqlarıma edilən hücumlar. Uşaqlarımı qorumaq mənim prioritetimdir”, – deyə fransız sosial mediada yazıb.
Sen-Maksimin yayda “Amerika”ya keçmişdi. O, Meksika klubunda 15 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.
Aut.az
