Hokkey

Yeni müqaviləni cəmi 10 dəqiqəyə imzalayıb

“Vaşinqton Kapitals”ın hücumçusu Aleksandr Oveçkin bildirib ki, “Kapitals”la müqavilə imzalamaq üçün 10 dəqiqə vaxt sərf edib.

40 yaşlı hücumçu iyulun 2-də “Kapitals”la yeni bir illik müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, “Vaşinqton”un mətbuat xidməti Oveçkinin sözlərini sitat gətirib:

“Əlbəttə ki, əla oyunçularımızı itirdiyimizi görmək çətin idi, amma sonra gördüm ki, Stenli Kubokuna iddialı oyunçularla müqavilə imzalamışıq. Dedim ki, “Yaxşı, gəlin razılaçaq”. Bu, təxminən 10 dəqiqə çəkdi”.

Oveçkin NHL-in müntəzəm mövsümündə 929 qolla bütün zamanların ən çox qol vuran oyunçusudur.

Aut.az