Əfsanə karyerasını bitirdi
Meksika millisinin qapıçısı Gilyermo Oçoa karyerasını başa vurduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, 40 yaşlı qapıçı “İnstaqram” hesabında emosional mesaj paylaşıb.
Oçoa milli komandadakı karyerası boyunca ona dəstək olduqlarına görə azarkeşlərə təşəkkür edib:
“Hər şeydən əvvəl Meksika. Bu, həyatımın ən böyük şərəfi olub. Ürəyimizin daha sürətli döyünməsinə, bizə inandığınıza və həmişə yanımızda olduğunuza görə təşəkkür edirəm. Səni sevirəm, Meksika”.
Aut.az
