Digər

Dünya rekordu qırdı, bunu bacaran ilk qadın oldu – VİDEO

Amerikalı idmançı Emma Hant standart 15 metrlik divara sürətli dırmanmada atı saniyədən az müddətdə qalxan ilk qadın olub.

Aut.az xəbər verir ki, bu barədə “NBCOlympics” məlumat yayıb.

Paris Olimpiadasında yarışda beşinci yeri tutan Hant, Polşanın Krakov şəhərində keçirilən Dünya Dırmanma Seriyası yarışında 5.99 saniyə ilə dünya rekordu qırıb. Əvvəlki rekord (6.03) ötən ilin sentyabr ayında polşalı Olimpiya çempionu Aleksandra Miroslav tərəfindən qırılmışdı.

Miroslav bu yaxınlarda təqaüdə çıxacağını açıqladı. Polyak idmançı 2021-ci il Tokio Olimpiadasından başlayaraq 11 dəfə dünya rekordunu qırıb.

Aut.az