Dünya cempionatı

Cəzası ləğv edilən futbolçu danışdı: Xəbərim olmayıb

“Monako”nun və ABŞ millisinin hücumçusu Folarin Baloqun Dünya Kubokunun 1/8 final mərhələsində Belçikaya 1:4 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib.

Aut.az “USA Today” nəşrinə istinadla xəbər verir ki, futbolçu Belçika ilə oyundan əvvəl cəzasının ləğv heç bir təsirinin olmadığını bildirib:

“Mənə qırmızı vərəqə göstəriləndə də və oynaya biləcəyim deyiləndə də qərarı qəbul etdim. Bu prosesdə heç bir rol oynamamışam və bunun şəxsən mənimlə heç bir əlaqəsi yoxdur”.

Baloqun Bosniya və Herseqovina ilə matçda meydandan qovulmuşdu. FİFA qaydalarına görə, o, Belçika ilə Dünya Kubokunun 1/8 final matçında oynaya bilməzdi. Lakin FİFA hücumçunun cəzasını ləğv etdi. Qısa müddət sonra mediada ABŞ prezidenti Donald Trampın şəxsən FİFA prezidenti Canni İnfantinoya zəng etdiyi və Baloqunun cəzasının ləğv edilməsində israr etdiyi barədə məlumatlar yayıldı. Bu da bütün dünyada rezonans doğurdu, FİFA kəskin tənqid olundu.

Aut.az