Kortdakı əsəbiliyə görə üzr istədi
“Böyük Dəbilqə”nin 24 qat çempionu Novak Cokoviç “Uimbldon”un dördüncü raundunda rusiyalı Roman Safiullini məğlub etdikdən sonra emosional sarsıntı keçirdiyinə görə üzr istəyib.
Qarşılaşma 7-6 (8-6), 6-3, 3-6, 6-3 hesabı ilə başa çatıb.
-Kortda diqqət və konsentrasiyanızla tanınırsınız…
-Həm də əsəbi davranışlarımla.
-Nə?
-Həyəcanlar. Hə, əsəbilik. Bu gün də bir neçəsi oldu. Üzr istəyirəm – deyə Djokoviç kortda verdiyi müsahibədə bildirib.
“Uimbldon” turnirinin 1/4 finalında Novak Cokoviç Feliks Oje-Alyassimo (Kanada) və Alexandro Davidoviç-Fokina (İspaniya) arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.
“Uimbldon” 29 iyun – 12 iyul tarixlərində keçirilir. Hazırkı çempion italiyalı Yannik Sinnerdir.
Aut.az
