Şahmat

Bir il cəzalanan 14-cü dünya çempionu üsyan etdi: Tamamilə əminəm ki…

Şahmat üzrə 14-cü Dünya çempionu, rusiyalı Vladimir Kramnik FİDE-nin onu etik pozuntulara görə diskvalifikasiya etməsinə  münasibət bildirib.

Aut.az xəbər verir ki, Kramnik “X” sosial media  səhifəsində yazıb:

“Etika Komissiyasının 12/2025 işi üzrə qərarını oxudum. Artıq apelyasiya şikayətimin mətnini hazırlamışam və yaxın günlərdə təqdim etməyi planlaşdırıram. Bugünkü sənəddə öyrəndiyim çoxsaylı prosedur və digər pozuntularla bağlı yeni məqamlar əlavə edəcəyəm. Təfərrüatlara varmadan, Etika Komissiyası bu işdə FİDE qaydalarının əsas maddələrinin kobud şəkildə pozulmasına yol verib.

Tamamilə əminəm ki, bu qanunsuz qərar nəticədə ləğv ediləcək və nüfuzum da daxil olmaqla, ədaləti bərpa etmək üçün bütün zəruri addımları sona qədər atmaq niyyətindəyəm. Bu açıq-aşkar qanunsuzluq cəzalandırılmalıdır və cəzalandırılacaq”.

Daha əvvəl bildirilmişdi ki, FİDE Etika və İntizam Komissiyası (EDC) rusiyalı şahmatçını çexiyalı David Navara və amerikalı Daniel Naroditskini dəlil olmadan ədalətsiz oyunda açıq şəkildə ittiham etdiyinə, eləcə də Ədalətli Oyun Komissiyasının araşdırması ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə bir il müddətinə diskvalifikasiya edib.

Aut.az