Karlsenin bu sözləri rusları qəzəbləndirdi
Beynəlxalq qrossmeyster Sergey Şipov 16-cı dünya çempionu Maqnus Karlsenin açıqlaması barədə danışıb.
Aut.az xəbər verir ki, daha əvvəl norveçli Rusiya və Belarus şahmat federasiyalarına qarşı sanksiyaları dəstəklədiyini bildirmişdi .
“Maqnusun özü böyük siyasətin girovuna çevrildi. O, bundan uzaq adamdır, lakin onun müəyyən sponsorları və Qərb dünyasının mövqeyini bölüşən federasiyası var.
O, təbii ki, böyük şahmatçıdır, bəlkə də ən böyüyüdür, lakin belə açıqlamalardan sonra ona hörmət sıfıra enir. Ola bilsin ki, onun sözü şahmat aləmində önəmlidir, amma ümid edirəm ki, rusların və belarusların geri qayıtması məsələsində səs verəcək nümayəndələr öz mövqelərinə əsaslanacaqlar”, – TASS Şipovdan sitat gətirib.
Aut.az
