Yeni müqaviləni Türkiyədə imzaladı – Bu FOTONU paylaşdı
Rusiyalı hücumçu Aleksandr Oveçkin “Vaşinqton Kapitals” klubu ilə yeni müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, 40 yaşlı mütəxəssis hazırda ailəsi ilə birlikdə Türkiyədə tətildədir. O, sənədləri imzaladıqdan sonra həyat yoldaşı və oğulları ilə şəkil çəkdirib.
Oveçkin 1 milyon dollar maaş, 10 oyuna görə 4,75 milyon dollar bonus və 3,25 milyon dollar imza bonusu alacaq. Oveçkinin paytaxt klubu ilə yeni müqaviləsinin limit məbləği 4,25 milyon dollar olacaq.
Oveçkin NHL-in müntəzəm mövsümündə 929 qolla bütün zamanların ən yaxşı bombardirirdir.
O, liqanın bütün zamanların pley-off da nəzərə alınmaqla bombardirlər siyahısında 1006 qolla Ueyn Qretskidən (1016) sonra ikinci yerdədir.
/i/v/j/17830134582118679144.jpg)
Aut.az
