Basketbol

Nə edəcəyimi hələ də bilmirəm: Məşhur məşqçi gələcəyi haqda

“Olimpia Milan”ın baş məşqçisi vəzifəsindən ayrılan italiyalı məşqçi Ettore Messina hələ məşqçilik karyerasını davam etdirmək və ya klub rəhbərliyində vəzifə tutmaq barədə qərar vermədiyini etiraf edib.

Aut.az xəbər verir ki, “BasketNews” Messinanın sözlərini sitat gətirib:

“Hazırda nə edəcəyimi hələ də bilmirəm. Xoşbəxtlikdən, mənimlə maraqlanan insanlar var. Amma mən Jelko Obradoviçdən fərqliyəm. Hələ də məşqçilikdə qalıb-qalmayacağımı, yoxsa ofisə keçib-keçməməyimi düşünürəm”.

İki variantdan hansının daha yaxın olduğu soruşulduqda, Messina belə cavab verdi:

“Əgər daha çox nə istədiyimi bilsəydim, qərarımı artıq verərdim”.

Aut.az