Onu bu il “Qızıl top”a iddiaçı hesab edirəm – Zidan kimi deyir?
Fransa millisinin keçmiş futbolçusu və DÇ-1998-in qalibi Zinəddin Zidan milli komandanın cinah oyunçusu Maykl Olisenin oyunu ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, “Motivaciones Fútbol” Zidanın sözlərini sitat gətirib:
“Biz onu dünyanın ən yaxşı cinah oyunçularından biri adlandırırıq, amma düşünürəm ki, onu ən yaxşı oyun qurucularından biri də adlandırmağa başlamalıyıq. Məni ən çox təsirləndirən onun futbolu anlamasıdır.
O, nə vaxt yavaşlamağı, nə vaxt sürətlənməyi və nə vaxt həlledici ötürmə etməyi dəqiq bilir. Görün matçda nə qədər şans yaratdı. Bu ötürmələrin keyfiyyəti əla idi. Sadəcə qaçmaq lazımdır və Olise səni ötürmə ilə tapacaq. Bu günlərdə onun səviyyəsində bu mövqedə az adam oynaya bilər. O, tamamilə fərqli bir sinifdə olan oyunçudur. Mən onu bu il “Qızıl top”a iddiaçı hesab edirəm”.
Olise 1/16 final mərhələsində İsveçlə keçirilən oyunda (2:0) iki məhsuldar ötürmə edib. Cinah oyunçusunun hazırkı Dünya Kubokunda beş məhsuldar ötürməsi var.
Fransa Dünya Kubokunda növbəti matçında Paraqvayla qarşılaşacaq. Onların 1/8 finaldakı oyunu 5 iyulda keçiriləcək.
Aut.az
