DÇ-2026-da ən gözəl forma – məşhurlar seçdi
“The Overlap” podkastının son bölümündə Roy Kin, Qari Nevil və İan Rayt Dünya Kuboku formalarının ən gözəlini seçmək qərarına gəliblər.
Aut.az xəbər verir ki, onlar araşdırma aparmadan dərhal diqqət çəkən formaları fərqləndiriblər.
Nevill: “Sizcə, bu Dünya Kubokunda ən gözəl forma hansıdır? Yəqin ki, ABŞ-ın formasını deyərdim. Şotlandiyanın formasını da, amma bu, bir az mübahisəli seçimdir. Xüsusilə də onların səfər forması. Retro bir ab-havaya malikdir”.
Kin: “Şotlandiyanın formasından nəvəm üçün birini almaq istəyirəm”.
Nevill: “Biz həmçinin Argentinanın retro formasına baxdıq, həqiqətən də gözəldir. Amma mən yenə də ABŞ-ı seçəcəm. Düşünürəm ki, onların forması olduqca möhtəşəm görünür. Sizcə, elə deyii?”
Kin: “Bəli, pis deyil”.
Rayt: “Mən həmçinin Meksikanı, qonaq formasını və Yaponiyanı bəyənirəm”.
Aut.az
