Dünya futbolu

Ronaldo Zidanı paltardəyişmə otağından niyə qovub?

Braziliya millisinin keçmiş hücumçusu Ronaldo 2006-cı il dünya çempionatının 1/4 finalında məğlubiyyətdən sonra “Real”dakı komanda yoldaşı və Fransa millisinin yarımmüdafiəçisi Zinəddin Zidandan paltardəyişmə otağını tərk etməsini istədiyini açıqlayıb.

Aut.az xəbər verir ki, onun sözlərini “Marca” nəşri yayıb.

“Fransaya 0:1 hesablı məğlubiyyətdən sonra Braziliyanın Dünya Kubokundakı iştirakı başa çatdı. Matçdan sonra Zidan formaları dəyişmək üçün bizim paltardəyişmə otağımıza girdi.

Biz dost idik və hələ də dostuq. Amma otağımızdakı atmosfer dəhşətli idi. Bir çox oyunçu ağlayırdı. Mən onu salamladım, amma formaları dəyişdirmək üçün ən yaxşı vaxt olmadığını dedim və getməsini istədim”.

Xatırladaq ki, Ronaldo və Zidan “Real Madrid”də birlikdə dörd mövsüm keçiriblər (2002/03 – 2005/06).

Aut.az