Portuqaliya yığmasında nədən qorxurlar? – Kuarejma açıqladı
Portuqaliya millisinin keçmiş hücumçusu Rikardu Kuarejma 2026-cı il dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Kolumbiya ilə 0-0 hesablı heç-heçədən sonra milli komanda ilə bağlı fikirlərini bildirib.
Aut.az xəbər verir ki, Kuarejma bu barədə “LiveModeTV”-yə bildirib:
“Həmişə sahib olduğumuz sevinc, xoşbəxtlik, yaradıcılıq, özünəinam, eləcə də xarakter və əzmkarlıq çatışmır.
Oyunu canlı izləyə bildim. Onlar yorğun və motivasiyasız görünürdülər. Onlar dünya futbolunun ən vacib turnirində yarışırlar.
Hamı bu oyunçuların malik olduğu keyfiyyəti və istedadı bilir, amma onlar bir şeydən məhrumdurlar: sevinc, xoşbəxtlik, yaradıcılıq, qorxmazlıq. Görünür, oyunçular risk etməkdən qorxurlar”.
Aut.az
