Dünya cempionatı

Neymar haqda dediyi sözlər başına bəla oldu

Yaponiya millisinin və “Volfsburq”un hücumçusu Kento Şioqai 2026-cı il Dünya Kubokunun 1/16 final mərhələsində Braziliya ilə oyundan əvvəl sosial mediada təqib və irqçiliklə üzləşib.

Aut.az xəbər verir ki, buna səbəb hücumçunun Braziliyanın hazırkı gücünə və ulduz oyunçusunun formasına şübhə ilə yanaşdığı müsahibədən qaynaqlanıb.

“RMC Sport” Sioqainin sözlərini sitat gətirib:

“Braziliya əvvəllər güclü idi. Bəs indi necə? Məndə elə bir hiss var ki, Fransa və Argentina güclüdür. Son vaxtlar Braziliya haqqında çox eşitməmişəm. O, əvvəlki Neymar deyil. Düşünürəm ki, biz indi yaxşı oynayırıq”.

Bundan sonra  yapon futbolçu sosial mediada Braziliya millisinin və Neymarın fanatları tərəfindən irqçi təhqirlərə məruz qalıb.

Aut.az