Dünya futbolu

Federasiya prezidenti istefa verdi: DÇ-dəki uğursuzluğa görə

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasər Əl-Mishal milli komandanın 2026-cı il dünya çempionatında uğursuz çıxışından sonra istefa verib.

Komanda qrupda 2 xal toplayaraq sonuncu yeri tutub.

Aut.az xəbər verir ki, Əl-Mishal sosial mediada yazıb:

“Milli komandanın Dünya Kubokunun növbəti mərhələsinə yüksələ bilməməsi bütün ambisiyalarımıza zidd olan bir nəticədir. Bunun üçün tam məsuliyyəti öz üzərimə götürürəm və komandamızı daha yaxşı vəziyyətdə görmək ümidi ilə yaşayan hər kəsdən üzr istəyirəm.

Məsuliyyətin yeni bir mərhələ üçün fürsət yaratmağı tələb etdiyinə inandığım üçün istefaya getməyə qərar verdim”.

Aut.az