Dünya futbolu

Deputat futbolçulara ilişdi

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev futbolçuları tənqid edib.

Aut.az xəbər verir ki, buna səbəb onların ordu sıralarına qoşulmaması və maaşlarının bir hissəsini yardım kimi Müdafiə Nazirliyinə köçürməməsidir:

“Futbolçularımızdan hər hansı birinin inanılmaz maaşının heç olmasa bir hissəsini Rusiya ordusunun ehtiyaclarına verdiyi halları xatırlamıram… Hamının tanıdığı futbol veteranları dövlət pulların hərisdirlər. Amma onları idmançı kimi yetişdirən və karyeralarının uzun illəri üçün qidalandıran ölkənin müdafiəsi üçün ayağa qalxa bilmirlər. Bəlkə bu, ümumiyyətlə, belə xain mühitdir. Çünki siz futbol mühafizəçilərindən başqa fikirlər eşitmirsiniz”.