“Çelsi”nin Qarnaço ilə bağlı planı bəlli oldu
Ötən mövsüm uğursuz çıxışına baxmayaraq, “Çelsi” bu yay Alexandro Qarnaçao ilə yollarını ayırmağı planlaşdırmır.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial mediada məlumat yayıb.
Mənbənin məlumatına görə, “mavilər”in rəhbərliyi argentinalı oyunçunun paytaxt klubundakı ilk mövsümünün uğursuz keçməsinə baxmayaraq, ona hələ də inanır.
21 yaşlı Qarnaçonun 2032-ci ilə qədər uzunmüddətli müqaviləsi var. Ötən mövsüm cinah yarımmüdafiəçisi “mavilər”in heyətində 43 oyunda iştirak edib, 8 qol vurub (bunlardan altısı FA Kuboku və Liqa Kubokunda) və 4 məhsuldar ötürmə edib.
Aut.az
