Ukraynalı kəmərləri təhvil verdi: Dünya çempionu rusiyalı olacaq
Ukraynalı Aleksandr Usikin qərarından sonra rusiyalı boksçu Murat Qassiyev WBA-nın ağır çəki çempionu olacaq.
Aut.az xəbər verir ki, Usik daha əvvəl son peşəkar boks döyüşündən əvvəl WBA, WBC və IBF ağır çəki dərəcələrindəki titullarından imtina etdiyini açıqlamışdı.
Qassiyevin promouteri Al Siesta “MMA.metaratings.ru” saytına bildirib:
“Usik rəsmi olaraq bütün kəmərlərindən imtina etdiyini videoda elan edib. Lakin indi onun komandası kəmərdən imtina etmək niyyətini təsdiqləyən rəsmi məktub göndərməlidir. WBA bu məktubu aldıqdan sonra Murat avtomatik olaraq super çempion statusuna yüksələcək. Bu, əla xəbərdir, səbirsizliklə gözləyirik”.
Murat Qassiyev peşəkar boksda 35 döyüş keçirib və onlardan 33-də qalib gəlib.
Aut.az
