İran Misirlə də “sülh” bağladı
Futbol üzrə dünya çempionatında Misir millisi İranla qarşılaşıb.
Aut.az xəbər verir ki, Sietl stadionunda keçirilən G qrupunun 3-cü turunun matçında bərabərlik qeydə alınıb – 1:1.
Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.
Bu nəticənin ardından qrupdakı xallarının sayını 5-ə çatdıran Afrika təmsilçisi tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Komandanın bu mərhələdəki rəqibi Avstraliya millisi olacaq.
