Çexiyanın yox, Türkiyənin mübarizəni dayandırması şokdur – Kerjakov
Məşhur rusiyalı futbolçu Aleksandr Kerjakov Türkiyə millisinin DÇ-2026-dan kənarlaşdırılması ilə bağlı fikirlərini bildirib. Türklər Paraqvay, Avstraliya və ABŞ-ın yer aldığı D qrupunda dördüncü yeri tutublar.
Aut.az xəbər verir ki, Kerjakov “Championat”ın müxbiri Nikolay Baranovla müsahibəsində deyib:
“Türkiyənin Dünya Kubokundan kənarlaşdırılması, xüsusən də belə bir qrupda, şübhəsiz ki, şokdur. Futbol budur, onu maraqlı edən də budur. Amma Çexiyanın mübarizədən kənarlaşdırılmasını şok hesab etmirəm. Türkiyəyə gəldikdə isə onlar qrup mərhələsində ilk iki oyunda məğlub oldular. Futbolda vəziyyət belədir”.
Aut.az
