Bu cinayətdir – Aqassinin Sinner haqda dediklərinə reaksiya
Britaniyalı tennisçi Oliver Tarvet səkkizqat “Böyük Dəbilqə” çempionu Andre Aqassinin “Rolan Qarros”un ikinci turunda Xuan Manuel Serundoloya 6:3, 6:2, 5:7, 1:6, 1:6 hesabı ilə məğlub olduqdan sonra dünya birincisi Yannik Sinner haqqında dediyi sözlərə münasibət bildirib.
Aqassi əvvəllər Sinnerin formada olmadığını, uzun matçlar üçün hazırlığını təhlil etməli olduğuni bildirmişdi.
Aut.az xəbər verir ki, “Tennis365” Tarvetdən sitat gətirib:
“Düşünürəm ki, onun formada olmadığını demək cinayətdir. Onun bu qədər çox matç keçirməsi, bu qədər tez-tez qalib gəlməsi böyük emosional və fiziki yük tələb edir. Hətta yaxşı şəraitdə belə çətindir, amma isti, günəş parlayanda və beş set oynayanda daha da çətin olur.
Bəlkə kimsə onu yormaq ümidi ilə bacardığı qədər oynamağa çalışacaq, amma dürüst desəm, düşünürəm ki, o, ən yaxşı tennisçidir. Ona qarşı dörd və ya beş setə getmək çətindir, çünki o, adətən üçündə qalib gəlir”.
Aut.az
