Tennis

Görün yarışlardan nə qədər qazanıb

Dünyanın ikinci raketkası Yannik Sinnerin karyerası ərzində qazandığı mükafatların ümumi məbləğ 50 milyon dolları ötüb.

Aut.az xəbər verir ki, bu barədə “Tennis” nəşri məlumat yayıb.

Bu göstəriciyə italiyalı tennisçinin Vyanada keçirilən “Erste Bank Open” turnirində Aleksandr Zverevi finalda məğlub edərək qalib gəlməsi sayəsində nail olunub.

Sinner karyerası ərzində bu qədər mükafat qazanan səkkizinci tennisçi olub. Ondan əvvəl bunu Novak Cokoviç, Rafael Nadal, Rodjer Federer, Serena Uilyams, Endi Marrey, Aleksandr Zverev və Karlos Alkaras bacarıb.

Aut.az