Dünya cempionatı

İkili standartdır: Braziliya FİFA-ya etiraz etdi

Braziliya millisi 2026-cı il dünya çempionatında Şotlandiya ilə oyunda Vinisius Juniorun vurduğu qolun hesaba alınmaması ilə bağlı FİFA-ya etiraz edib.

Matç Cənubi Amerika komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Aut.az xəbər verir ki, Braziliya komandasının arqumenti Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallisterin Lionel Messinin Avstriyaya qarşı ilk qolundan əvvəl cəzasız qaldığı iddia edilən qayda pozuntusuna əsaslanır.

“Braziliya millisinin Şotlandiyaya vurduğu qol bu turnirdə qəbul edilmiş fəlsəfəyə uyğun gəlmir. Qeyd etmək lazımdır ki, bu qərar təkcə Braziliya üçün deyil, həm də Şotlandiya oyunçuları üçün sürpriz oldu, onların reaksiyası nə hadisənin nəzərdən keçirilməsini, nə də qolun ləğv edilməsini gözləmədiklərini göstərdi”, – deyə “TyC Sports” Braziliya Futbol Konfederasiyasının nümayəndələrinin sözlərini sitat gətirib.

Hadisə matçın 22-ci dəqiqəsində baş verib. Vinisius Şotlandiya müdafiəçisi Cek Hendriyə təzyiq göstərərək topu ələ keçirdi və matçda ikinci qolunu vurdu. Lakin meksikalı hakim Sezar Ramos VAR vasitəsilə hadisəni araşdırdıqdan sonra cinah oyunçusunun qayda pozuntusuna yol verdiyini müəyyən etdi və qolu hesaba almadı.

Aut.az