Messidən müəmmalı cavab: DÇ-2030-da oynayacaq?
Argentina millisinin hücumçusu Lionel Messi 2030-cu il Dünya Çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı növbəti dəfə danışıb.
Aut.az xəbər verir ki, son bir il ərzində forvarda karyerasını nə vaxt başa vuracağı və hazırkı mundialdan sonra milli komandada çıxışını davam etdirib-etdirməyəcəyi barədə tez-tez suallar ünvanlanır.
Təxminən bir həftə əvvəl Messi 2030-cu il Dünya Çempionatı ilə bağlı suala qəti cavab vermişdi: “Xeyr, xeyr, qətiyyən yox”.
Lakin hazırkı dünya çempionatında Leo möhtəşəm forma nümayiş etdirir. O, cəmi iki oyunda 5 qol vuraraq diqqət mərkəzinə düşüb. Bu səbəbdən “Telefe” kanalının jurnalisti gələcəyi ilə bağlı yenidən soruşub. Bu dəfə dünya çempionu mümkün iştirak ehtimalını tamamilə istisna etməyib:
“Düzünü desəm, mən bu barədə düşünərək oynamıram. Gələcəkdə nə olacağını görəcəyik”.
Qeyd edək ki, 2030-cu il Dünya Çempionatı keçiriləcəyi təqdirdə Lionel Messinin 42 yaşı olacaq.
Aut.az
