Dünya cempionatıDünya futbolu

Hər ikisini motivasiya edir – Atası Mbappe ilə rəqabətdən danışdı

Norveçli hücumçu Erlinq Halandın atası Alf-İnqe Haaland oğlunun Fransa yığmasının  hücumçusu Kilian Mbappe ilə rəqabəti barədə şərh verib.

Komandalar 2026-cı il Dünya Kubokunun qrup mərhələsinin üçüncü turunda iyunun 26-da (Bakı vaxtı ilə saat 23:00) qarşılaşacaqlar.

Autt.az xəbər verir ki, “RMC Sport” norveçlinin sözlərini sitat gətirib:

“Onlar uzun müddətdir rəqibdirlər. Düşünürəm ki, çətinlikdən zövq alırlar və bu, hər ikisini motivasiya edir.

Biri qol vurursa, digəri də qol vurmaq istəyir. Kilian fantastik oyunçudur. Erlinq də çox yaxşı oyunçuya çevrilir. Bu rəqabət gələcəkdə çox maraqlı olacaq”.

Aut.az