“Çelsi” onu “İnter”in əlindən aldı
“Çelsi” “Atalanta”nın müdafiəçisi Marko Palestranı transfer etməyə yaxındır.
Aut.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Futbolçunu “İnter” də transfer etmək istəyirdi. Amma “mavilər” 21 yaşlı italyan futbolçunu son anda “İnter”in əlindən alıb. Transfer məbləği 55 milyon avrodan çox qiymətləndirilir. Müqavilədə həmçinin satış faizi də var.
Seriya A-da ötən mövsüm Palestra icarə əsasında “Kalyari”də oynayıb və çempionatın ən yaxşı müdafiəçisi seçilib.
Aut.az
