1941-ci ildən dayandırılan oyun başa çatdırıldı
Murmanskdakı “Stroitel” stadionunda tarixi bir hadisəni xatırladan simvolik matç baş tutub.
Aut.az xəbər verir ki, “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, yerli “Dinamo” və Murmansk Balıqçılıq Limanı komandalarının futbolçuları 85 il əvvəl dayandırılmış oyunun ikinci yarısını davam etdiriblər.
22 iyun 1941-ci ildə Arktikanın paytaxtında “Pişçevik” stadionunun (indiki “Stroitel”) rəsmi olaraq açılışı olub.
Mərasimdə “Rıbnik Severa” və “Dinamo” komandaları arasında futbol matçı keçirilib. Oyun ilk hissədən sonra Nasist Almaniyasının SSRİ-yə hücumu xəbəri səbəbindən dayandırılıb.
Xatirə oyununun keçirilməsi təşəbbüsü şəhər rəhbərliyindən gəlib. Murmansk Şəhər Şurasının sədr müavini İrina Andreyevanın qeyd etdiyi kimi, bu, futbol meydançasından birbaşa cəbhəyə gedənlərin cəsarətini nümayiş etdirən inanılmaz bir hekayə idi. Balıqçılıq limanının işçiləri “Rıbnik Severa” komandasında oynayıblar. Soyuq havaya baxmayaraq, onlarla şəhər sakini müharibədə vuruşanların xatirəsini yad etmək üçün tribunaya toplaşıb.
Aut.az
