“Messinin “hə” xəbərini belə eşidib: oteldə Viktoriya ilə yatırmış, birdən…
“İnter Mayami”nin sahibi Devid Bekhem Lionel Messinin kluba keçmək qərarından hansı şəraitdə xəbər tutduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, sabiq futbolçu bildirib ki, bu xəbəri alarkən həyat yoldaşı Viktoriya Bekhemlə birlikdə Yaponiyada oteldə yatırmış.
“Ailəmlə Yaponiyada idim və telefonum titrədiyi üçün səhər saat 5-də oyandım. Viktoriya dedi: “Ciddidir?! Telefonunu söndür!” Telefonuma baxdım və düşündüm: “Nə olub? Mütləq nəsə baş verib!”
Eynəyimi taxıb dedim: “Leo qərar verdi! Hazırdır! O elan etdi!” Arvadım soruşdu: “Elan etdi” nə deməkdir?”
Dedim ki, Messi televiziyada çıxış edib və “İnter Mayami”yə gedəcəyini deyib.
Bu haqda danışanda tüklərim biz-biz olur. Mən dərhal Xorxe Masa zəng etdim və hisslərimi bölüşdüm. Çünki son bir neçə ildə hansı çətinliklərdən keçdiyimizi bilirdik. O bir an hər şeyi dəyişdi. Bütün klubumuzu dəyişdi.
Viktoriya oyanan kimi məni qucaqladı və yenidən emosional oldum. Bu, şübhəsiz ki, həyatımın ən gözəl anlarından biridir” – “The Athletic” Bekhemdən sitat gətirib.
