Messi bu rekordu qırdı
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında vurulan qolların sayına görə rekordçu olub.
Aut.az xəbər verir ki, 2026-cı il Dünya Kubokunun qrup mərhələsində Avstriyaya qarşı matçda 38 yaşlı argentinalı Dünya Kubokunda 17-ci qolunu vurub.
Beləliklə, Messi Almaniya millisinin keçmiş hücumçusu Miroslav Klozenin (16 qol) rekordunu qıraraq Dünya Kuboku tarixində ən çox qol vuran oyunçu olub.
Dünya Kubokunun bombardirlər siyahısında ilk üçlüyü braziliyalı Ronaldo tamamlayır. Aktiv futbolçular arasında Messinin ən yaxın rəqibi Fransalı Kilian Mbappedir (14 qol).
Aut.az
