Dünya cempionatı

Şotlandlar gəldi, ABŞ-ın bu şəhərində pivə qıtlığı yarandı

Şotlandiya futbol azarkeşlərinin şəhərə gəlməsindən sonra Bostonun bar və pablarında pivə qıtlığı yaşanır.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

14 iyun gecəsi Şotlandiya 2026-cı il Dünya Kubokunun ilk turunda Haiti komandasını 1-0 hesabı ilə məğlub edib. Matç Boston yaxınlığındakı Massaçusets ştatının “Foksboro” şəhərində baş tutub.

Şotlandiyalı azarkeşlərin əksəriyyəti Bostonda məskunlaşaraq yerli pablarda, restoranlarda və barlarda vaxt keçiriblər.

Onlar o qədər çox pivə içiblər ki, bir çox müəssisə içki çatışmazlığı ilə üzləşib.

Pivəyə tələbat Amerika şirkətlərinin 4 iyul Müstəqillik Günü kimi böyük bayramlarda alışdıqlarından dörd dəfə çoxdur. Müəssisələr təcili pivə təchizatı sifariş etmək məcburiyyətində qalıblar, lakin bir çox pablarda yenə də pivə çatışmazlığı var.

Qeyd etmək lazımdır ki, Bostonda pivə qıtlığı probleminin yaxın günlərdə həll olunması ehtimalı azdır: Şotlandiya həmçinin 20 iyun gecəsi Bostonda Mərakeşlə oynayacaq və yalnız bundan sonra Braziliya ilə oyun (25 iyun) üçün Mayamiyə (Florida) gedəcək.

Aut.az